Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,84 ABŞ dolları və ya 1,15% azalaraq 72,01 dollar/barel təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,83 dollar və ya 1,16% ucuzlaşaraq 70,70 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,84 dollar və ya 1,48% azalaraq, 55,79 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,01 dollar və ya 1,46% azalaraq 68,16 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.