Bakı. Trend:
Xəbər verildiyi kimi, Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda həbs edilib.
Trend-in məlumatına görə, Rusiya təhlükəsizlik qüvvələrinin Şıxlinskiyə amansızcasına hücum etməsinin görüntüləri yayılıb.
Videoda xüsusi təyinatlıların maşının yanına qaçaraq dərhal şüşəni sındırmağa başladığı görünür. Azərbaycan diasporunun nümayəndələri təcavüz üçün heç bir əsas göstərməyiblər.
Şıxlinski zorla maşından çıxarılaraq yerə yıxırdılıb.
Həmin görüntünü təqdim edirik: