Bakı. Trend:
Saxlanılan Şahin Şıxlinski Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində şahid qismində dindirilib.
Trend-in məlumatına görə, bu barədə Şahin Şıxlinskinin oğlu Mutvəli bildirib.
Mutvəli Şıxlinski bildirib ki, FSB əməkdaşları onu və atasını saxlayıblar. Daha sonra Mutvəli sərbəst buraxıldı, atası Şahin isə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb.
Hazırda o, şahid statusundadır.
xxx
20:27
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib.
Bu barədə məlumatı Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.
clear