...

ABŞ klubu Lionel Messi ilə müqaviləni yeniləmək istəyir

İdman Materials 1 İyul 2025 18:53 (UTC +04:00)
ABŞ klubu Lionel Messi ilə müqaviləni yeniləmək istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “İnter Mayami” klubu argentinalı ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaqda maraqlıdır.

Trend xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, hər iki tərəf müqavilənin yenilənməsinin tərəfdarıdır. Hazırda bununla bağlı danışıqlar gedir.

Lionel Messinin ABŞ klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq. Təcrübəli futbolçu 2023-сü ildən MLS təmsilçisində çıxış edir.

Xəbər lenti

Xəbər lenti