Bakı. Trend:
Britaniyada 92 yaşlı kişi yarım əsr əvvəl törətdiyi cinsi zorakılıq və qətlə görə ömürlük azadlıqdan məhrum edilib.
Trend bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Raylənd Hedli ( Ryland Headley) 1967-ci il iyunun 28-də, 34 yaşında olarkən, Bristolun Easton bölgəsində 75 yaşlı dul qadın Luiza Dannın evinə girərək onu zorlayıb və daha sonra boğaraq öldürüb. Mərhumənin meyiti qonşusu tərəfindən qonaq otağının döşəməsində aşkarlanıb. Patoloq onun ağız və boğaz nahiyəsinə təzyiq nəticəsində boğularaq öldüyünü təsdiqləyib.
Yarım əsrdən çox müddət ərzində bağlanmamış cinayət işində 2023-cü ildə dönüş nöqtəsi olub: 2023-cü ildə polis işi yenidən araşdırarkən mərhumənin ətəyini tapıb və həmin ətəkdə onun DNT izlərini aşkarlayıb.
Bu, Böyük Britaniya tarixində çözülmüş ən uzun müddətli "soyuq” cinayət işi hesab olunur.