...

Sabahdan həftə sonunadək yağış yağacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 1 İyul 2025 16:37 (UTC +04:00)
Sabahdan həftə sonunadək yağış yağacaq - XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti