...

"Çelsi"nin futbolçusu Premyer Liqa klubuna icarəyə verildi

İdman Materials 1 İyul 2025 13:22 (UTC +04:00)
"Çelsi"nin futbolçusu Premyer Liqa klubuna icarəyə verildi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“Çelsi”nin hücumçusu Mark Guiu növbəti mövsümü icarə əsasında keçirəcək.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 19 yaşlı hücumçu “İpsviç”də oynayacaq. Artıq tərəflər arasında razılıq əldə edilib.

“Barselona”nın yetirməsi olan Mark ötən mövsümün əvvəlində “Çelsi”yə keçmişdi.

Onun London təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti