Ağcabədi. Trend:
Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarıyla Ağcabədi rayonunun Hacıbədəlli kəndində vida mərasimi keçirilib.
Trend-in yerli müxbirinin xəbərinə görə, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.
Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.
xxx
10:05
Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarıyla vida mərasimi keçirilir.
Trend-in yerli müxbirinin xəbərinə görə, vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında dəfn ediləcəklər.