...

Elnur Rzayev doğum günlərini qeyd edən şəhid övladları ilə görüşüb

Cəmiyyət Materials 1 İyul 2025 17:48 (UTC +04:00)
Elnur Rzayev doğum günlərini qeyd edən şəhid övladları ilə görüşüb

Bakı. Trend:

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev doğum günlərini qeyd edən şəhid övladları ilə görüşüb

Trend xəbər verir ki, Xaçmaz rayonunun Xaspoladoba kəndindən olan şəhid Rəhim İmamovun qızı Fatimənin 1 iyul tarixində 5 yaşı, oğlu Nihatın isə 7 iyul tarixində 10 yaşı tamam olacaq. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu münasibətlə şəhidin övladları ilə görüşüb. Nihat və Fatiməni təbrik edən icra başçısı onlara xoş arzularını çatdırıb.

Şəhid Rəhim İmamovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti