...

Azərbaycan hökumətinin məqsədi ölkəni yaşıl enerji ixracatçısına çevirməkdir - Sahil Babayev

Yaşıl iqtisadiyyat Materials 1 İyul 2025 12:41 (UTC +04:00)
Azərbaycan hökumətinin məqsədi ölkəni yaşıl enerji ixracatçısına çevirməkdir - Sahil Babayev
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökumətinin məqsədi ölkəni yaşıl enerji ixracatçısına çevirməkdir.

Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Azərbaycan hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsinin imzalanması mərasimində bildirib.

O, öz cıxışı zamanı Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.

Nazir eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq beynəlxalq maliyyə qurumları ilə layihə maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kredit müqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini qeyd edib.

Sahil Babayev Azərbaycanın zəngin bərpa olunan enerji ehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahəsində yüksək texniki potensiala malik olduğunu qeyd edib, hökumətin məqsədinin ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısına çevirmək olduğunu bildirib.

Nazir sonda vurğulayıb ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan yaşıl enerji gündəliyinə sadiq qalaraq enerji balansında bərpa olunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəal investisiyalar edir.

Xəbər lenti

Xəbər lenti