...

İƏT Gənclər Forumunun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib (FOTO)

Siyasət Materials 1 İyul 2025 05:00 (UTC +04:00)
İƏT Gənclər Forumunun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunda iştirak edən nümayəndə heyəti iyunun 30-da işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

Trend xəbər verir ki, bu barədə məlumatı Gənclər və İdman Nazirliyi yayıb.

Səfər çərçivəsində 7 ölkədən 100-dən artıq nümayəndə Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub. Ekskursiya zamanı qonaqlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi və tarixi Ağdam Cümə Məscidini ziyarət ediblər. Nümayəndələr şəhərin keçmişi və yenidən qurulan gələcəyi barədə ətraflı məlumat alıblar.

Səfərin sonunda iştirakçılar üçün Azərbaycan mədəniyyətini əks etdirən ziyafət və mədəni-əyləncəli proqram təşkil olunub.

Qeyd edək ki, İƏT Həftəsi çərçivəsində keçirilən Gənclər Forumu regionda gənclərin regional siyasətdə rolunun artırılması və onların gələcək nəsillərə verdiyi töhfələrin tanıdılması baxımından mühüm platforma hesab olunur.

Xəbər lenti

Xəbər lenti