...

Klublararası Dünya Çempionatı: “Fluminense” “İnter”i məğlub edərək 1/4 finala yüksəlib

İdman Materials 1 İyul 2025 01:18 (UTC +04:00)
Klublararası Dünya Çempionatı: “Fluminense” “İnter”i məğlub edərək 1/4 finala yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter” və “Fluminense” komandaları üz-üzə gəlib.

Trend-in məlumatına görə, gərgin keçən oyunun sonunda “Fluminense” 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Gollara German Kano (3-cü dəqiqə) və Herkules (90+3-cü dəqiqə) imza atıb. İlk hissədə İqnsionun vurduğu qol isə qeydə alınmayıb.

Növbəti mərhələdə “Fluminense” “Mançester Siti” və “Əl-Hilal” komandaları arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti