Bakı. Trend:
İngiltərənin “Liverpul” klubu gənc futbolçu Trey Nioni ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçi “Liverpul”a 2023-cü ilin yayında “Lester Siti”nin akademiyasından transfer olunub. Gənc futbolçu ötən mövsüm klubun əsas komandasında 5 rəsmi oyunda meydana çıxaraq 1 qol ötürməsi ilə yadda qalıb.
Trey Nioni həmçinin İngiltərənin U-20 yığmasının da üzvüdür. Yeni müqavilə onun gələcəkdə klubun əsas heyətində daha çox rol oynayacağına işarə kimi qiymətləndirilir.