Bakı. Trend:
I Liqanın çempionu “Qəbələ” komandası 2025/26 mövsümünün hazırlığına başlayıb.
Trend xəbər verir ki, təlim-məşq toplanışı Qəbələdə keçirilir.
Komandanın ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular əvvəlcə fiziki hazırlıqdan keçib, sonra isə toplu və topsuz məşqlər ediblər.
Qeyd olunub ki, hazırlığın ilk mərhələsi 14 gün davam edəcək və bu müddət ərzində komanda 2 yoxlama oyunu keçirəcək.