...

Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 İyul 2025 03:04 (UTC +04:00)
Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı 2004-cü ildən etibarən qüvvədə olan sanksiyaların ləğvini nəzərdə tutan fərmanı imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin rəsmi saytında açıqlama verilib.

Yeni fərman müəyyən mallara tətbiq edilən ixrac nəzarətinin yumşaldılmasını və Suriyaya xarici yardımın göstərilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.

Prezident Tramp eyni zamanda ABŞ Dövlət katibi Marko Rubiaya Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusunun, həmçinin “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınması qərarının yenidən nəzərdən keçirilməsi tapşırığını verib.

Bundan əlavə, fərmanda Suriyanın lideri Əhməd əl-Şaranın ABŞ-nin “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısında yer alması ilə bağlı qərarın da yenidən qiymətləndirilməsi nəzərdə tutulur.

XXX

23:34

Yaxın saatlar ərzində ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyalar proqramının ləğvi barədə sərəncam imzalayacaq. Lakin Amerika administrasiyası keçmiş prezident Bəşər Əsəd və onun tərəfdaşlarına tətbiq edilən məhdudiyyətləri qüvvədə saxlayacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Kerolayn Livit qeyd edib:
“Prezident Suriyaya qarşı sanksiyalar proqramını dayandırmaq üçün sərəncam imzalayacaq. Bu, ölkənin sabitlik və sülhə doğru irəliləyişinə dəstək verməyə yönəlmiş səydir. Sərəncam Suriyaya qarşı sanksiyaları aradan qaldıracaq, eyni zamanda keçmiş prezident Əsəd və onun tərəfdaşlarına qarşı sanksiyalar qüvvədə qalacaq.”

Xəbər lenti

Xəbər lenti