Bakı. Trend:
2025-ci ilin ilk beş ayı ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 526 nəfər qəbul edilib.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.
"Həkimlərin səylərinə baxmayaraq onlardan 21 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd edilib.