Bakı. Trend:
İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib. Bu, bölgədə son 40 ildə qeydə alınan ən şiddətli yeraltı tıkandır.
Trend xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, episentri Bakoli qəsəbəsi olan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olub.
Təbiət hadisəsi əhali arasında təşviş yaradıb, insanlar evlərini tərk ediblər. Bölgədə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Zəlzələ Neapol şəhərində də hiss olunub.
Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son 1 ildə artıb. Sonuncu dəfə ən uzunmüddətli seysmik aktivlik 1980-ci illərin əvvəllərində qeydə alınıb. İtaliya hökuməti yüksək riskli bölgə olan Kampi Fleqreydən kütləvi evakuasiya ilə bağlı fövqəladə vəziyyət planını 2023-cü ildə yeniləyib.