Bakı. Trend:
Avropa İttifaqı rəsmi olaraq Rusiyaya qarşı qəbul olunmuş sanksiyaları bütövlükdə daha altı ay müddətinə uzadıb.
Trend bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən məlumat verir.
“Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaları 6 ay müddətinə - 31 yanvar 2026-cı ilə qədər uzadıb”, -deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı ilk iqtisadi sanksiyalar paketini 2014-cü ildə qəbul edib. Həmin vaxtdan bəri iqtisadi məhdudlaşdırıcı ölçülərin müddəti hər altı aydan bir uzadılıb.