Bakı.Trend:
İyulun 4-də Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Trend-ə Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.