Bakı. Trend:
Orta Dəhlizin inkişafı rəqəmsal islahatların həyata keçirilməsini və investisiyaların əlaqələndirilməsini tələb edir.
Trend xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Qlobal Nəqliyyat Əlaqəliliyi Forumunda çıxışı zamanı deyib.
Uraloğlu nəqliyyat əlaqəliliyinin regional əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, şərq-qərb və şimal-cənub dəhlizlərinin inteqrasiyasının vacibliyini qeyd edib.
“Türkiyə Orta Dəhliz vasitəsilə birbaşa 21 ölkə ilə əlaqə yaradır. Bütün marşrut üzrə rəqəmsal islahatların aparılması və investisiyaların əlaqələndirilməsi vacibdir”, – deyə nazir bildirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək, Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçərək quru yolu təklif edir.