Bakı. Trend:
Türkiyənin İzmir şəhərindəki Menderes Beynəlxalq Hava Limanı meşə yanğını səbəbindən uçuşları dayandırıb.
Trend xəbər verir ki, yanğın Seferihisar və Menderes rayonlarında 40°C-ə yaxın temperaturda güclü istilər zamanı baş verib.
"Menderes hava limanı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Yanğın söndürüldükdən sonra uçuşların bərpa olunacağı gözlənilir", - deyə məlumatda deyilir.
Xatırladaq ki, son günlər Türkiyənin bir sıra vilayətində, o cümlədən İzmir və Sakarya bölgələrində yanğınsöndürənlər meşə yanğınları ilə mübarizə aparır.