...

Azərbaycan güləşçiləri xatirə turnirində 8 medal qazanıblar

İdman Materials 29 İyun 2025 21:24 (UTC +04:00)
Azərbaycan güləşçiləri xatirə turnirində 8 medal qazanıblar

Bakı. Trend:

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub.

Trend xəbər verir ki, ənənəvi yarışın son günündə sərbəst güləş üzrə millinin üzvü Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.

Bununla da Memorialda qazanılan medalların sayı 8-ə çatıb. Xatırladaq ki, öncəki günlərdə yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) ilə Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəst güləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıb.

Beləliklə, turnirdə 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə edilib.

Xəbər lenti

Xəbər lenti