...

"Bavariya" 1/4 finalda PSJ ilə qarşılaşacaq

İdman Materials 30 İyun 2025 02:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

Trend xəbər verir ki, 1/8 finalın növbəti matçında "Flamenqo" və "Bavariya" komandaları qarşılaşıb.

Harri Keynin dubl etdiyi oyunda Almaniya çempionu 4:2 hesabı ilə qalib gələrək adını səkkiz ən güclü komandaların siyahısına yazdırıb.

"Bavariya" 1/4 finalda UEFA Çempionlar Liqasının qalibi PSJ ilə qarşılaşacaq.

Vaxtilə "Qarabağ"ın formasını geyinmiş Juninyo "Flamenqo"da ehtiyatda qalıb.

Xəbər lenti

Xəbər lenti