...

Bir qrup çox varlı insan "TikTok"u almağa hazırdır - Tramp

Dünya xəbərləri Materials 29 İyun 2025 20:55 (UTC +04:00)
Bir qrup çox varlı insan "TikTok"u almağa hazırdır - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, “bir qrup çox varlı insan” Çinin "ByteDance" şirkətindən "TikTok" sosial şəbəkəsini almağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Yeri gəlmişkən, "TikTok" üçün alıcımız var. Düşünürəm ki, [razılaşma üçün] Çinin təsdiqinə ehtiyacım ola bilər. Düşünürəm ki, [Çin] sədri Si [Cinpin] yəqin ki, bunu edəcək", - deyə o bildirib.

D.Tramp bildirib ki, o, “təxminən iki həftə ərzində” həmin alıcıların adını çəkməyə hazır olacaq. "Bunlar çox, çox zəngin insanlardır. Bu, çox zəngin insanlar qrupudur", - deyə prezident əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti