Bakı. Trend:
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Anar Məmmədlinin vəkili Elçin Sadıqov cinayət işinə xitam verilməsini barədə məhkəməyə vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Hakim tərkibi işin baxışa verilməsi ilə bağlı qərar verib.
Məhkəmənin növbəti prosesi 7 iyulda keçiriləcək.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.