Bakı. Trend:
Növbəti aydan isə əlilliyi müəyyən edilmiş uşaqlar üçün sosial reabilitasiya mərkəzlərimiz fəaliyyətə başlayacaq.
Trend xəbər verir ki, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Respublikanın müxtəlif şəhər və rayonları üzrə əlilliyi müəyyən edilmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün 20-yə yaxın belə mərkəzlərimiz fəaliyyətə başlayacaq.