...

Tehranda xarici ölkələrin səfirlikləri fəaliyyətlərini bərpa edirlər

Dünya xəbərləri Materials 30 İyun 2025 12:58 (UTC +04:00)
Tehranda xarici ölkələrin səfirlikləri fəaliyyətlərini bərpa edirlər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana hücumları nəticəsində Tehranda fəaliyyətini dayandıran xarici ölkələrin səfirlikləri öz işlərini bərpa edirlər.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə bəzi səfirliklərin öz fəaliyyət səviyyəsini azaltmaları qeyri-təbii addım deyil.

“Bəzi ölkələrin səfirliklərinin əməkdaşları qonşu ölkələrə gediblər. Hazırda bəziləri qayıdıb və bəziləri də fəaliyyəti bərpa etmək üçün qayıtmaq niyyətində olduqlarını bildiriblər”, - deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti