...

AZSTAND tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

İqtisadiyyat Materials 30 İyun 2025 11:36 (UTC +04:00)
AZSTAND tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52 ) təsis edilib.

Trend AZSTAND-a istinadən xəbər verir ki, Texniki komitənin əsas məqsədi fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasıdır. Belə standartlar gələcəkdə elmi informasiya və sənədləşdirmə sahələrində vahid terminoloji bazanın yaradəlmasına və tətbiqinə imkan verəcək.

Qeyd edək ki, AZSTAND/TK 52-nin tərkibinə nəşriyyat və mətbuat, ali təhsil müəssisələri, o cümlədən elmi-təqdiqat institutlarının nümayəndələri daxil edilib.

Xəbər lenti

Xəbər lenti