...

Türkiyədə meşə yanğınları ilə əlaqədar kütləvi təxliyə işləri aparılır

Dünya xəbərləri Materials 30 İyun 2025 15:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir, Bilecik və Hatay vilayətlərində baş verən meşə yanğınları ilə əlaqədar 50 mindən artıq insan müvəqqəti olaraq təhlükəsiz bölgələrə təxliyə olunub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi sosial şəbəkə səhifəsində məlumat bölüşüb.

Məlumata əsasən, Bilecikdə 64 yaşayış evi, 3 ticarət obyekti və 20 tövlə; İzmir şəhərində isə 132 yaşayış evi və 1 ticarət obyektinə ziyan dəyib.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) tərəfindən ilk mərhələdə Bilecik vilayətinə 30 milyon TL, İzmir vilayətinə isə 30 milyon TL olmaqla ümumilikdə 60 milyon TL həcmində humanitar yardım göndərilib.

“Yanğından zərər çəkmiş vətəndaşlarımıza keçmiş olsun. Dövlətimiz bütün qurumları ilə yanğından zərər çəkmiş vətəndaşlarımızın yanındadır", - deyə Əli Yerlikaya yazıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti