...

Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı

Hadisə Materials 30 İyun 2025 17:09 (UTC +04:00)
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı

Bakı. Trend:

Vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda təqsirləndirilən Taleh Qədirovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Taleh Qədirov 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, ötən ilin iyul ayında saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti