...

Bakıda əhali 1 400 manatadək orta aylıq əməkhaqqı alır

Cəmiyyət Materials 30 İyun 2025 10:51 (UTC +04:00)
Bakıda əhali 1 400 manatadək orta aylıq əməkhaqqı alır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 % artaraq 1385,9 manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin saytında məlumat dərc edilib.

Məlumat üçün bildirək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 % artaraq 1100,6 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti