...

"STAR" NEZ-da nafta üzrə istehsal həcmləri məlum olub

Energetika Materials 30 İyun 2025 12:29 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dövlət neft şirkəti SOCAR-a məxsus Türkiyədə yerləşən “STAR” Neft Emalı Zavodu nafta istehsalını artırıb.

Bu barədə Trend Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.

2025-ci ilin aprel ayında zavod 131 847 ton nafta istehsal edib. Bu göstərici öncəki ilin aprelin ayındakı göstərici ilə müqayisədə (130 423 ton) illik ifadədə 1,09 faiz çoxdur.

Hesabat dövründə STAR zavodu 932 104 tondan çox neft idxal edib ki, bu da 2024-cü ilin aprelindəki 863 654 tonla müqayisədə 7,9 faiz çoxdur.

Qeyd edək ki, STAR Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya layihəsidir.

2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü 13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illik nafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti