Bakı. Trend:
Respublikanın 5 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzlərimiz fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu mərkəzlər artıq Bakı, Gəncə, Sumqayıt, Qazax və Xaçmaz üzrə ahıllarımıza müvafiq xidmətləri göstərməyə başlayıb.
"Layihə çərçivəsində 150 ahıla sosial xidmət göstərilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.