...

Beyləqanda minik avtomobili "KamAZ"la toqquşdu - Ölən var

Hadisə Materials 30 İyun 2025 18:09 (UTC +04:00)
Beyləqanda minik avtomobili "KamAZ"la toqquşdu - Ölən var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Beyləqanda ölümlə nəticələnən qəza olub.

Trend xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Eyvazallar kəndi ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Məhərrəm Ələkbərovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili 1968-ci il təvəllüdlü Arif Bünyatovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü A.Bünyatov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti