Bakı. Trend:
İyul ayı Respublikada yay fəslinin ən isti ayıdır. Hava şəraitinin sabitləşməsi və günəşin təsiri altında iyulda havanın temperaturu iyun ayına nisbətən daha 3-4 dərəcə artır.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu ilin iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur.
İyul ayının birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun +26 dərəcədən +28 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu +20 dərəcədən +25 dərəcəyədək, gündüzlər +28 dərəcədən +33 dərəcəyədək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində +37 dərəcədən +40 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu +27 dərəcədən +29 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +19 dərəcədən +24 dərəcəyədək, gündüzlər +30 dərəcədən +35 dərəcəyədək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində +37 dərəcədən +40 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-16 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun +19 dərəcədən +24 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +12 dərəcədən +17 dərəcəyədək, gündüzlər +20 dərəcədən +25 dərəcəyədək, bəzi günlərdə +30 dərəcədən +35 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-72 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun +22 dərəcədən +25 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu +12 dərəcədən +17 dərəcəyədək, gündüzlər +20 dərəcədən +25 dərəcəyədək, bəzi günlərdə +28 dərəcədən +33 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-36 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun +26 dərəcədən +28 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +20 dərəcədən +25 dərəcəyədək, gündüzlər +29 dərəcədən +34 dərəcəyədək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində +36 dərəcədən +38 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun +23 dərəcədən +27 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +17 dərəcədən +22 dərəcəyədək, gündüzlər +25 dərəcədən +30 dərəcəyədək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində +34 dərəcədən +38 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-118 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun +26 dərəcədən +29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +20 dərəcədən +25 dərəcəyədək, gündüzlər +31 dərəcədən +36 dərəcəyədək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində +38 dərəcədən +40 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 3-22 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun +21 dərəcədən +26 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu +20 dərəcədən +25 dərəcəyədək, gündüzlər +26 dərəcədən +31 dərəcəyədək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində +35 dərəcədən +37 dərəcəyədək gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-33 mm).