...

Tibb təhsilinin inkişafı tarixi şəxsiyyətlərin diqqət və qayğısı ilə formalaşıb - Nazir

Cəmiyyət Materials 30 İyun 2025 18:18 (UTC +04:00)
Tibb təhsilinin inkişafı tarixi şəxsiyyətlərin diqqət və qayğısı ilə formalaşıb - Nazir
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Tibb təhsilinin inkişafı tarixi şəxsiyyətlərin diqqət və qayğısı ilə formalaşıb.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.

Onun sözlərinə görə, əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən mühüm məsələlərdən biri hesab edən ulu öndər Heydər Əliyev səhiyyənin tərəqqisi, maddi-texniki bazasının gücləndirilməsi üçün zəruri addımlar atıb. Azərbaycan Tibb Universitetinin yeni tədris korpusunun tikilməsi, ilk tədris klinikasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır:

“Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanı da Azərbaycan Tibb Universiteti ilə qırılmaz tellər bağlayırdı. Akademik Zərifə xanım Əliyevanın tibbi elminə və təhsilə verdiyi töhfələr isə bu sahənin mənəvi dayaq nöqtəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti