Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyinin yeni strukturu təsdiqlənib.
Trend xəbər verir ki, struktur cədvəli 2025-ci il iyunun 18-də rəsmiləşdirilib.
Yeni struktura əsasən, XİN-in nəzdində İqlim Diplomatiyası İdarəsi yaradılıb.
Bu idarə nazir müavini Yalçın Rəfiyevin tabeliyində fəaliyyət göstərəcək.