...

Çindən Azərbaycana yeni qatar marşrutu açılıb

İqtisadiyyat Materials 30 İyun 2025 18:00 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Çinlə Bakı arasında yük daşımalarına imkanı verən yeni “dəmir yolu–dəniz–dəmir yolu” marşrutunun istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) dayanıqlı inkişafını və Bakı Limanının strateji nəqliyyat qovşağı rolunu bir daha ön plana çıxarır. Bu marşrut Orta Dəhlizi gücləndirərək şimal və dəniz yollarına alternativ olan daha sürətli və dayanıqlı bir yol təqdim edir.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Qeyd edulib ki, qlobal ticarətin daha çevik və etibarlı yollar axtardığı bir dövrdə Avrasiya qovşağında yerləşən Bakı Limanı Şərq-Qərb istiqamətində əlaqələri asanlaşdıran, iqtisadi inkişafı dəstəkləyən və regionun qlobal təchizat zəncirindəki əhəmiyyətini artıran əsas giriş nöqtəsinə çevrilir.

Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.

ADY-nin əsas hədəflərindən biri Orta Dəhlizlə yük həcmlərinin artırılmasıdır. Bu məqsədlə ADY nümayəndələri bir sıra xarici logistika şirkətləri ilə davamlı olaraq təmaslar qurur, görüşlər keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti