Bakı.Trend:
Səhiyyə naziri Teymur Musayev məzunlara çağırış edib. O, məzunları öz biliklərinə arxayın olmağa, cəsarətli və məsuliyyətli həkimlər olmağa çağırıb.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Gənc həkimlərə ünvanlanan bu çağırışda onların yalnız peşəkar deyil, həm də mənəvi məsuliyyət daşıyan qəhrəman kimi fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb. Onlara pasiyentlərin həyatına və sağlamlığına sevinc gətirəcək bilik və əzm arzulandı.