...

Türkiyədə iyunun 1-dən 1 516 meşə yanğını baş verib

Dünya xəbərləri Materials 30 İyun 2025 22:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə iyunun 1-dən indiyədək 1 516 meşə yanğını qeydə alınıb, onlardan 1 507-si nəzarət altına alınıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Prezident bildirib ki, yanğınların söndürülməsi üçün təxminən 150 təyyarə, 25 min nəfər işçi və 6 minə yaxın yerüstü texnika fəaliyyət göstərir:

“Fərqli bölgələrdə baş vermiş yanğınların bəziləri artıq nəzarətə götürülüb. Hazırda doqquz yanğın davam edir və onlarla mübarizə aparılır. Biz vəziyyətlə mübarizə üçün 27 təyyarə, 105 helikopter və 14 pilotsuz uçuş aparatından istifadə edirik. Təxminən 6 min su maşını, nəqliyyat və təcili yardım vasitəsi cəlb olunub. Həmçinin 25 min qəhrəman işçimiz yanğınlara qarşı mübarizədədir. Təyyarə və helikopterlərimiz ümumilikdə 10 260 uçuş həyata keçirərək 33 200 ton su buraxıblar.”

Ərdoğan əlavə edib ki, yanğın törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb, onlardan 10-u həbs olunub, 10-u isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Xəbər lenti

Xəbər lenti