...

Donald Tramp Kubaya qarşı siyasətini sərtləşdirib

Dünya xəbərləri Materials 1 İyul 2025 08:11 (UTC +04:00)
Donald Tramp Kubaya qarşı siyasətini sərtləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasına ölkənin Kuba ilə bağlı siyasətini sərtləşdirməyə dair sərəncam verib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan və prezident kabineti üzvlərinə ünvanlanan memorandumda qeyd olunur.

Sənədə əsasən, Kuba hökumətinə, eləcə də bu ölkənin silahlı qüvvələri və təhlükəsizlik xidmətlərinə qeyri-mütənasib iqtisadi fayda verən təcrübələrə son qoyulmalıdır. Memorandum, eyni zamanda, ABŞ vətəndaşlarının Kubaya turist səfərlərini qadağan edir.

Trampın göstərişləri Kubaya qarşı iqtisadi embarqonun saxlanılması və BMT daxil olmaqla beynəlxalq forumlarda bu embarqonun ləğvi təşəbbüslərinə qarşı çıxmağı nəzərdə tutur.

Prezident maliyyə və ticarət nazirlərinə bu qərarların icrası üçün 30 gün ərzində konkret tədbirlər planı hazırlamaq tapşırığını verib. ABŞ dövlət katibinə isə, Kubada iqtisadi əməkdaşlıqdan qeyri-proporsional fayda əldə edən qurumların siyahısını hazırlamaq tapşırılıb.

Memorandumda diqqət çəkən məqam odur ki, sanksiyalar yalnız siyasi rəhbərliyə deyil, həm də həmkarlar ittifaqları liderləri, dövlət mediasının baş redaktorları və onların müavinlərini də əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti