...

Bu gündən xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib

Cəmiyyət Materials 1 İyul 2025 07:00 (UTC +04:00)
Bu gündən xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl rejim 1 iyul saat 06:00-dək qüvvədə idi.

Xəbər lenti

Xəbər lenti