...

İran Həştərxan limanını almaq istəyir

Dünya xəbərləri Materials 1 İyul 2025 06:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Həştərxan limanında şərik olan tərəflərin səhmlərini almağı təklif edib.

Trend xəbər verir ki, hazırda limanın 53%-lik payına üç İran vətəndaşına məxsus olan "Nasim Bahr Kish" şirkəti sahibdir.

İranın dövlət gəmiçilik şirkəti IRISL-in nəzarətində olan "Iran Fanavaran Darya Qostar Jonob Arvand" və "Fanavaran Darya Gostar Jonob Arvand" isə müvafiq olaraq 1,52% və 1,82% paya malikdir.

İranlı olmayan səhmdarlar arasında Rusiyanın dövlət korporasiyası Rostec (25,5%) və Kiprdə qeydiyyatdan keçmiş Volqa-Vaster-Qərb şirkəti (3,33%) yer alır.

Mövcud məlumata görə, "Nasim Bahr Kish" şirkəti adi səhmlərin 46,3%-ni və imtiyazlı səhmlərin 48,7%-ni almağa hazırdır. Alqı-satqı üçün təklif edilən məbləğ təxminən 437,5 milyon rubl təşkil edir. İranın “Bank Melli” tərəfindən yaradılmış maliyyə qurumu bu məbləğə bank zəmanəti təqdim edib.

Həştərxan limanı əsasən taxta yük, taxıl və neft daşımaları ilə məşğuldur. 2023-cü ildən liman öz donanmasının formalaşdırılmasına başlayıb.

Xəbər lenti

Xəbər lenti