...

Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir - Nazir

Cəmiyyət Materials 1 İyul 2025 10:59 (UTC +04:00)
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Ağdam. Trend:

Bu forum çərçivəsində iştirakçılar ölkələrimiz arasında dostluq və qardaşlığımızın inkişafına yönələn təşəbbüslərlə çıxış edəcəklər.

Trend-in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutan Gənclər Forumunda çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, Ağdamda ilk dəfədir, Gənclər Forumu keçirilir:

“Bu təşkilatın Gənclər Forumu burada öz işini başlayır. Bu həftə Azərbaycanda “ECO həftəsi” keçirilir. Gənclər bu işləri önə aparan şəxslərdir.

Biz bununla onu demək istəyirik ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.

İnanıram ki, forumun yekun nəticəsində gənclər siyasətinə dair uğurlu sənədə imza atacağıq.

F.Qayıbov həmçinin qeyd edib ki, Ağdam 27 il ərzində işğal altında olub. Burada işğaldan əvvək 50 minədək insan yaşayıb. Daha sonra şəhər dağıntılara məruz qalıb.

Xəbər lenti

Xəbər lenti