...

“Gmail” bildirişləri indi daha funksional olacaq – “Android” üçün yenilik

Gündəm Materials 1 İyul 2025 13:50 (UTC +04:00)
“Gmail” bildirişləri indi daha funksional olacaq – “Android” üçün yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google”, “Android” istifadəçilərinin “Gmail” təcrübəsini yaxşılaşdıracaq faydalı bir yenilik üzərində işləyir.

Trend xəbər verir ki, artıq “Gmail” bildirişlərinə “Oxunmuş kimi işarələ” düyməsi əlavə olunur.

İndiyədək “Android”də yalnız “Sil” və “Cavab ver” seçimləri mövcud idi. Yeni funksiya sayəsində istifadəçilər gələn bildirişləri birbaşa oxunmuş kimi qeyd edə biləcəklər, bunun üçün tətbiqi açmağa ehtiyac qalmayacaq.

Yeni funksiya hələ bütün istifadəçilər üçün aktiv deyil. Görünür, “Google” bu xüsusiyyəti məhdud sayda istifadəçi üzərində sınaqdan keçirir.

Qeyd edək ki, bu funksiya artıq uzun müddətdir “iOS" platformasında mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti