...

Ukraynalı uşaqlara dəstəyə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdaram – Səfir

Cəmiyyət Materials 1 İyul 2025 12:48 (UTC +04:00)
Ukraynalı uşaqlara dəstəyə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdaram – Səfir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev ukraynalı uşaqlara dəstəyə görə Azərbaycan rəbhərliyinə və xalqına təşəkkür edib.

Trend xəbər verir ki, səfir öz rəsmi “X”səhifəsində Ukraynadan daha bir uşaq qrupununun reabilitasiya məqsədilə Azərbaycana gətirildiyini yazıb.

“Ukrayna xarici işlər naziri Andriy Sibihanın himayəsi altında Sumı bölgəsindən göndərilmiş uşaq qrupu istirahət və reabilitasiya məqsədilə Azərbaycana gəlib. Ukraynalı uşaqlar üçün olan bu proqramı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdarlara təşəkkür edirik”,- səfir “X” səhifəsində yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti