Bakı. Trend:
Bu gündən etibarən Azərbaycanda qohum evlilikləri qadağan edilir.
Trend xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.
Bu qadağa bu gündən etibarən qüvvəyə minib.
Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr,
doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- övladlığa götürənlər və övladlığa götürülənlər;
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan
şəxslər;
- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən
keçməyən şəxslər;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik
nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab
edilən şəxslər.