...

Dünya Bankı ilə birgə layihə nəticəsində Azərbaycan 1,8 giqavat yaşıl enerjini şəbəkəyə qoşacaq - Ştefani Ştallmayster

Yaşıl iqtisadiyyat Materials 1 İyul 2025 12:57 (UTC +04:00)
Dünya Bankı ilə birgə layihə nəticəsində Azərbaycan 1,8 giqavat yaşıl enerjini şəbəkəyə qoşacaq - Ştefani Ştallmayster
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Dünya Bankının birgə icra etdiyi layihə nəticəsində ölkə bərpa olunan mənbələrdən 1,8 giqavat elektrik enerjisini şəbəkəyə qoşa biləcək.

Trend xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsinin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycan "yaşıl enerji" ölkəsinə çevrilir: "Ölkə həm COP29-un keçirildiyi dövrdə, həm də bu tədbirdən sonra "yaşıl enerji" sahəsinin inkişafı istiqamətində addımlar atıb və bununla bağlı öhdəliklər götürüb. Bu yeni layihədən sonra digərlərinin də həyata keçiriləcəyinə ümid edirik".

O qeyd edib ki, adı çəkilən layihə başa çatdıqdan sonra Azərbaycan 1,8 giqavat həcmində elektrik enerjisini şəbəkəyə inteqrasiya edə biləcək: "Əlbəttə ki, bu, çox böyük nailiyyətdir. Bundan başqa, bu layihə Azərbaycanın bərpa olunan enerji sahəsinin inkişafı üçün vacib olan özəl sektorun bu istiqamətdə investisiyalarının genişləndirilməsinə imkan yaradacaq".

Azərbaycanla əməkdaşlığın uğurla davam etdiyini vurğulayan ölkə üzrə menecer Ştefani Ştallmayster Dünya Bankı Qrupunun bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələrin dəstəklənməsi ilə ölkənin dayanıqlı və inklüziv inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti