Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırdığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin saytında dərc olunub.
Amerika Dövlət Departamentinin rəhbəri “X” sosial şəbəkəsindəki səhifəsində agentliyin bağlanmasını “hökumətin rəsmi olaraq sanksiyalaşdırılan səmərəsizliyi dövrünün” sonu adlandırıb.