Bakı. Trend:
Müştərilərinin istəklərini hər zaman prioritet tutan Yelo Bank
cashback şərtlərini daha cəzbedici etdi! 1 iyul 2025 tarixindən
etibarən sahib olduğunuz istənilən Yelo kartla (debet,
taksit/kredit) həm ölkədaxili, həm də ölkəxarici xərcləmələrə
cashback hesablanması mümkün olacaq. Əsas üstünlüklərdən biri -
tələbatlı 16 kateqoriya üzrə 20%-dək cashback təklif olunur!
Müştərinin Yelo-dakı əmanət, kredit məbləği və kart qalığından
asılı olaraq cashback kateqoriyaları “STANDART” və “PARLAQ” olaraq
iki paketdə təqdim olunur. Paketlər bir-birindən cashback faizi və
aylıq cashback qazancı limitinə görə fərqlənir. Bu paketlərdən
istənilən birini aktivləşdirmək üçün müştəri hər ay əmanət məbləği,
kart və kredit qalığı hədəflərindən ən az birini tamamlamalıdır.
Yeni cashback şərtlərinin tətbiq olunduğu gündən etibarən müştəriyə
hədəf tamamlamaq üçün 30 gün güzəşt müddəti tətbiq olunur, bu
müddət ərzində müştəriyə standart cashback paketindən istifadə
imkanı verilir. Yeni Yelo kart müştərilərinə də kartı
aktivləşdirdikləri ayın sonuna kimi "Standart" cashback paketi
hədiyyə edilir.
Aylıq maks. qazanılacaq cashback məbləği də artırılıb: "Standart"
paketdə 90 AZN, "Parlaq" paketdə isə 140 AZN-dir. Qeyd edək ki,
yeni cashback şərtlərindən xarici valyutalı (USD / EUR) Yelo kart
sahibləri də faydalana biləcəklər. Qazanılan cashback məbləği AZN
valyutasında hesablanacaq.
İndi xərcləmələrinizə daha çox cashback qazancı ilə rəng qatın.
Yelo kartı əldə etmək üçün onlayn sifariş edin: https://bit.ly/49pPDwb. Yeni
qaydalarla daha ətraflı tanış olmaq üçün: https://bit.ly/cshbckyeni.
Yelo Bank-dan kart sifarişi etmək
istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!